FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Zəfər günü"

05.11.2025
05 oktyabr 2025-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin IXç sinfinin rəhbəri Südabə Manafovanın təşkilatçılığı ilə "Zəfər günü" ilə bağlı tədbir keçirildi. Tədbiri xoş sözlər və təşəkkürlə açan Südabə müəllimdən sonra şagirdlər müharibə və Zəfər günü ilə əlaqədar şeirlər və mahnılar səsləndirdilər. Sinfimizdə veteran ailəsindən olan Şahnaz Sadıqzadə izləyicilərə ailəsinin 30 illik həsrətindən, məcburi köçkün olmağın yol açdığı bir sıra əziyyətlərdən, doğma torpaqlarına qayıtmağın xoşbəxtliyindən bəhs edərək, bu əzab-əziyyətləri dərindən hiss etmiş nənəsinin əsgərlərimizə olan minnətdarlığını xüsusilə qeyd etdi. Tədbirimizin qonaqları məktəbimizin riyaziyyat müəllimi, müharibə veteranı İlqar Abdullayev və qonaq qismində iştirak edən müharibə veteranı Zamanov Əfqan şagirdlərimizə özlərini təqdim etdikdən sonra 44 gunluk müharibə zamanı yaşadıqlarından, başlarına gələn maraqli əhvalatlardan danışdılar və şagirdlərin suallarını cavablandırdılar. Qonaqlarımızdan sonra liseyin psixoloqu Sevda Nəbiyeva, tarix müəllimi Günay Şərifzadə və UBTR Nərmin Hüseynzadə çıxış etdilər.
Tədbir Vətən müharibəsi veteranlarının ş