XƏBƏRLƏR
Şagirdimiz esse yazı müsabiqəsində 4-cü yerə layiq görüldü
10.11.2025
YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr olunmuş “44 günlük zəfər tariximiz” adlı esse yazı müsabiqəsi keçirildi. Müsabiqədə Yasamal rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan VIII və IX sinif şagirdləri iştirak edirdilər. Bu müsabiqədə liseyin 9a sinif şagirdi Əlizadə Selcan Azad qızı 4-cü yerə layiq görülüb və ona diplom və hədiyyələr təqdim olunub.
Selcanı təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!