
Olimpiada sinifləri arasında "Xəmsə" intellektual oyun keçirildi
23.02.2017
Fizika riyaziyyat və informatika təmayüllü lisey və Kimya biologiya təmayüllü Respublika liseyinin olimpiada sinifləri arasında "Xəmsə" intellektual oyun keçirildi. Nəticədən asılı olmayaraq əminliklə onu demək olar ki, böyük bir iş həyata keçirildi. Xəmsə yarışması gələcəyimiz olan uşaqların intellektual səviyyəsinin yüksəlməsində və dünyagörüşlərinin artmasında böyük yardımçı olur.
Turlar arasında liseyimizin şagirdləri Respublika fənn olimpiadasında Fizika fənnindən qızıl medala layiq görülmüş Lətifov Şəmistan və Ağacanov Mehdi elektromaqnit induksiya hadisəsini ifadə edən bir neçə təcrübə göstərdilər . Daha sonra liseyimizin İnformatika fənn olimpiadaçıları Babayev Murad və Həsənov Emin "Lego "şirkətinə məxsus olan hissələrlə düzəltdikləri robotları nümayiş etdirdilər.
Xəmsə yarışmasıda və şagirdlərimizin təcrübələridə hər kəs tərəfindən maraqla qarşılandı.