FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"XX əsrin faciəsi "

24.02.2017

 Xocalı soyqırımının 25 ci ildönümü münasibətilə  “XX əsrin faciəsi “adlı tədbir keçirildi. Yuxarı sinif şagirdlərinin iştirakı ilə hazırlanmış tədbirdə şagirdlər bu faciənin xalqımızın tarixində ən qanlı səhifə olduğunu nümayiş etdirdilər.
Hərbi geyimdə olan iştirakçılar Xocalı sakinlərinin başına gətirilmiş işgəncənin tarixdə baş verən ən dəhşətli fakt olduğunu şeirlərlə,oxuduqları mahnılarla ifadə etdilər.

Tarixi boyu çox faciələrin şahidi olmuş xalqımız XX əsrin sonlarında görünməmiş soyqırıma məruz qaldı.Xocalıda baş verən bu faciə Azərbaycan tarixinə ən dəhşətlı səhifə kimi daxil olmuşdur.Azərbaycanın ümummilli lideri H.Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə xalqa müraciətində demişdir:”Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.