FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

" Özümüzü tanıyaq"

02.03.2017

       Bəzən hər hansı bir qrupda olan insanlar arasında müşahidə apardıqda müxtəlif fərdi xüsusiyyətlərlə rastlaşırıq.Tarixən formalaşan bu münasibətlər morfoloji və psixoloji dəyişkənliklə əlaqədar olub elmə yunan alimi Hipokrat tərəfindən " mütənasiblik və hislərin nisbəti kimi tərcümə olunan" temperament sözünün yaranmasına səbəb oldu.Hər bir insan öz xarakterini dəqiqləşdirmək istəyir.01.03.2017-ci ildə liseyin biologiya müəllimi Südabə Kərimovanın təşkil etdiyi " Özümüzü tanıyaq " adlı tədbir də bu məqsədlə keçirildi. Tədbirdə liseyin tədris işləri üzrə direktor müavini E.Məmmədov, tərbiyə işləri üzrə direktor müavini V.Bəyalıyev, Uşaq birliyinin  rəhbəri N. Hüseynzadə     və VIII ,IX ,X  sinif şagirdləri iştirak edirdilər.Tədbirdə Südabə müəllimənin "Mən kiməm" mövzusunda  ən yaxşı esse yazılar oxundu,şagirdlərin hazırladığıtəqdimatlar müzakirə edildi," Gözün rənginə"," Qan qruplarına", "Paltarların rənginə" görə temperament tiplərinin təyini ilə bağlı video çarxlar göstərildi.Sonda iştirakçılar arasında " Özümüzü tanıyaq" testi keçirildi.