FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Narkomaniya ümumbəşəri bəladır" və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət ediləməsinin vəziyyəti"

10.03.2017

10.03.2017-ci il tarixdə liseyimizdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki  İşin Təşkili Şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik- leytenantı Qəhrəman Qələndərov , Yasamal Rayon  Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi , polis mayoru Anar Süleymanov və Yasamal rayon Polis İdarəsinin digər əməkdaşları"Narkomaniya ümumbəşəri bəladır" və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət ediləməsinin vəziyyəti" mövzusunda maarifləndirici  mühazirə  oxuyub və diskusya keçirdilər. Şagirdlərə narkotiklərin zərərləri və yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib və şagirdlərin suallarını cavablandırdılar.