
2017-2018-ci tədris ili üçün Fizika , riyaziyyat və informatika təmayüllü Respublika liseyi VII və VIII siniflərinə şagird qəbulunu elan edir
31.03.2017
2017-2018-ci tədris ili üçün Fizika , riyaziyyat və informatika təmayüllü Respublika liseyi VII və VIII siniflərinə şagird qəbulunu elan edir.
Tələb olunan sənədlər;
1. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin sürəti;
2.3x4 ölçüdə 4ədəd fotoşəkil;
Sənədlərin qəbulu 03.04.17 tarixindən hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 16:00-dək davam edəcək. Müraciət üçün son tarix : 24.04.17
Həmçinin, adı çəkilən sənədlərin elektron şəkildə qəbulu liseyin e-maili vasitəsilədə aparılır.
Yazacağınız məktubda şagirdin hazırda oxuduğu məktəbi və qəbul olmaq istədiyi sinfi qeyd edin.
E-maili: fritl.istedad@gmail.com
İmtahan vaxtı: 27may 2017-ci il. Saat 10;00
Bazar günləri qəbul proqramına uyğun olaraq sınaq imtahanı keçirilir. İlk imtahan tarixi ; 09.04.2017