FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Kosmonavtika günü"nə həsr olunmuş müsabiqə:

12.04.2017

“Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə:
Aprelin 12-də Bakı şəhər məktəbliləri arasında II “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Liseyimizin şagirdləri bu tədbirdə robotların nümayişi ilə çıxış edib münsiflər heyəti tərəfindən ən yüksək ada layiq görülmüşlər.