
Kulinariya yarışı
27.04.2017
Azərbaycan mətbəxi - dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxini, mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətlərini, fiziologiyanı, gigiyenanı,kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.
Liseyimizdə kulinariya yarışı keçirildi.Yarışda VIIa , VIIb , VIIIç , IXd sinifləri iştirak etdilər.Hər sinif 2 salat hazırladılar.4 naminasiya üzrə münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirildi. I yerin qalibi VIIIç sinfi oldu.Siniflər Təltifnaməylə təltif olundular.