FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Bu il Azərbaycanda 5-ci dəfə məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqə keçirilib.

03.05.2017

Bu il Azərbaycanda 5-ci dəfə məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqə keçirilib. 2011-ci ildə 7-ci sinif "İnformatika" dərsliyinə daxil edilən Google SketchUp proqramı şagirdlərin çox böyük həvəslə işlədikləri tətbiqi proqramlardandır. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir  proqramlarındandır.

 2017-ci ilin yanvar ayından FRİTL-də təşkil olunmuş informatikadan olimpiada dərnəyinə üzv olmub və burada Valid müəllimin başçılığı altında informatikanın sirlərinə daha dərindən yiyələnmiş liseyimizin VIII sinif şagiri Əliyev Nihat Rasim oğlu  “Google SketchUp qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model” müsabiqəsində IV yerə layiq görülmüşdür.