FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Problemləri necə həll edək"

02.05.2017

Maraqlı və zəngin yaş dövrü olan yeniyetməlik dövrü həm də onlar arasında dostluq, qarşılıqlı hörmət, sevgi, rəğbət və s. kimi hisslərin yarandığı bir dövrdür. Lakin insan hissləri rəngarəng olduğu üçün bəzən həllini gecikdirdiyimiz və ya vaxtında diqqət etmədiyimiz  səbəbdən problemlər yaranır. 01.05.2017-ci il tarixdə liseydə keçirilən "Problemləri necə həll edək" adlı tədbir bu mövzuya həsr olunmuşdur.  Tədbirin təşkilatçısı liseyin biologiya müəllimi Kərimova Südabə, VIII və IXB sinifinin şagirdləri idi.

Tədbirdə Tədris işləri üzrə direktor müavini Elçin Məmmədov, tərbiyə işləri üzrə direktor müavini  Valeh  Bəyalıyev, Uşaq birliyinin rəhbəri Nərmin Hüseynzadə iştirak etdilər. Tədbirdə şagirdlərin bu mövzu ilə bağlı hazırladıqları divar qəzetlərinə baxış keçirildi, esse yazıları dinlənildi, həkim və psixoloqun məsləhətləri izlənildi. "Bürclər problemləri necə həll edir?" mövzusunda  video çarxa və şagirdlərin hazırladıqları təqdimatlara baxıldı. Sonda tədbirə dəvət olunmuş X sinif şagirdləri öz fikirlərini aşağı sinif şagirdləri ilə bölüşdülər.