FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyimizin şagirdləri idmançılarımıza dəstək məqsədi ilə divar qəzetləri hazırladılar.

18.05.2017

İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada Islam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir.

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) —2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.                      

Bu il də 4-cü təşkil olunan İslam həmrəylik oyunları üçün namizəd olunan şəhərlərdən biri də Bakı şəhəri idi. Səs çoxluğu ilə Bakı şəhəri bu oyunlara ev sahibliyi etməyə şans qazandı.Oyunların möhtəşəm açılış mərasimi 12.05.2017 tarixində baş tutdu.

Bununla əlaqədar olaraq liseyimizin şagirdləri idmançılarımıza dəstək məqsədi ilə divar qəzetləri hazırladılar.İdmançılarımıza uğurlar arzulayırıq !!!