FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İyulun 7-də Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

07.07.2017

İyulun 7-də Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, millət vəkilləri, Təhsil İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, Respublika fənn müsabiqəsinin, beynəlxalq olimpiadaların qalibləri, təhsil ekspertləri iştirak edib.
14 000 şagirdin qoşulduğu müsabiqədə 110 şagird mükafatlandırıldı. Şagirdlərimiz 
Emin Soltanov- qızıl, Nəcəf Məmmədov və Nahid Əliyev gümüş medal, Yusif Fərzullazadə bürünc medal qazanaraq bir daha liseyimizin adını ucaltmışlar.