FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

15 sentyabr "Bilik günü"

15.09.2017

Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrda başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Bilik günü münasibətilə liseyimizdə tədbir keçirildi. İlk  öncə Dövlət Himni səsləndirildi.Tədbiri Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh müəllim açdı.Sonra liseyin direktoru Talıbov Tariyel müəllim və Təhsil Nazirliyinin  nümayəndəsi Bağırov Vidadi müəllim çıxış etdi.2016-2017-ci tədris ilində liseyin uğurları haqqında şagirdləri və valideynləri məlumatlandırdı.Müəllimlərdən informatika müəllimi Məhərrəmov Valid müəllim çıxış etdi.Həmçinin tədbirdə şagirdlər öz təbrikləriylə çıxış etdilər.