FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyimizin şagirdləri "Açıq Qapı" günündə Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.

27.09.2017

Sentyabrın 27-də  liseyimizin şagirdləri "Beynəlxalq Turizm Günü" münasibəti ilə təşkil olunmuş "Açıq Qapı" günündə Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Şagirdlər Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələrində sərgilənən və ulu öndərin mənalı həyat yolunu, zəngin siyasi irsini özündə əks etdirən eksponat, fotostend və kitablarla tanış oldular. Ulu öndərin həyatı və siyasi fəaliyyətinin bütün dövrlərindən bəhs edən eksponat və fotoşəkillər şagirdlər tərəfindən maraqla qarşılandı.