FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika-riyaziyyat və informatika təmayüllü lisey məzunlarının qazandığı uğurlar

04.10.2017

     Hər il olduğu kimi  bu il də Fizika-riyaziyyat və informatika təmayüllü lisey məzunlarının qazandığı uğurlarla Respublikanın ən öndə gedən təhsil müəssisələri sirasında yer alıb. Belə ki, liseyi bitirən şagirdlərin dördü qızıl medala layiq görülmüş, on bir nəfər şagirdimiz isə tam orta təhsil səviyyəsini fərqlənmə attestatları ilə bitirmişdir. Məzunlarımızın daxil olduqları ali məktəblər də reytinq cədvəlində öndə qərarlaşan təhsil ocaqlarıdır. Tədris ilinin təzəcə başlanmasına baxmayaraq, artıq həmin ali təhsil müəssisələrindən məzunlarımızın xoş sədaları gəlməkdədir. Rektorlar tərəfindən Liseyin rəhbərliyinə təşəkkür məktublarının ünvanlanması da bunu sübut edir.