FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

5 oktyabr "Müəllimlər Günü"

05.10.2017

      Fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Beynəlxalq müəllimlər günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə lisey rəhbərliyi bütün pedaqoji kollektivi təbrik etdi və Prezidentin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş İnformatika müəllimi Quluzadə Səadət Orxan qızınin fəaliyyəti barədə məlumat verdi. Daha sonra liseyin şagirdinin sazda ifasi dinlənildi və şagirdlərin müəllimləri təbrik etmək məqsədilə hazırladıqları videoçarx izlənildi.

Əziz müəllimlər, Sizi təbrik edir, can sağlığı və işlərinizdə uğurlar arzulayırıq!