XƏBƏRLƏR

Sinif rəhbərləri üçün "Müəllimlər Günü" tədbiri
05.10.2017
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Beynəlxalq müəllimlər günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə lisey rəhbərliyi bütün pedaqoji kollektivi təbrik etdi. Liseyimizin sinif rəhbərlərindən İsayeva Mehriban müəllimə, Kərimova Südabə müəllimə və Uşaq birliyinin rəhbəri Hüseynzadə Nərmin müəllimə liseyin ictimai işlərində fəal iştirak etdiyinə görə “Təşəkkürnamə” ilə təltif edildi. Daha sonra liseyin şagirdinin sazda ifasi dinlənildi və şagirdlərin müəllimləri təbrik etmək məqsədilə hazırladıqları videoçarx izlənildi.
Əziz müəllimlər, Sizi təbrik edir, can sağlığı və işlərinizdə uğurlar arzulayırıq!