FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"ƏMƏKDAR MÜƏLLİM" İlham Heydər oğlu Hüseynov

09.10.2017

1976-cı ildə BDU-nun “Mexanika-riyaziyyat” fakultəsini bitirmişdir. Təyinatla Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna göndərilmişdir. 1980-1982-ci illərdə BDU-nun “Riyazi fizika tənlikləri” kafedrasının dissertantı, 1982-1986 cı illərdə Ukrayna EA-nın aspirantı olmuşdur. 1986-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi almışdır.

    1990-cı ildən elmi-pedaqoji fəaliyyətini Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseydə davam etdirir. 1992-ci ildə onun təşəbbüsü ilə liseyin nəzdində “Gənc İntellektlər” mərkəzi yaradılmış və Bakı şəhərinin bütün məktəblərindən ən istedadlı şagirdlər bu mərkəzə dəvət olunmuşlar. Bu mərkəzdə şagirdlər Respublika və Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq keçmişlər.

*  1992-cü ildə Moskvada keçirilən XXXIII BRO-da,

*  1993-cü ildə İstanbulda keçirilən XXXIV BRO-da,

*  1993 və 1994-cü ildə Tehranda keçirilən İƏT dövlətlərinin BRO-da

* 1995-ci ildə Moskvada keçirilən məktəblilərin I Beynəlxalq elmi-praktik konfransında Respublika komandasının rəhbəri olmuşdur. Məktəblilərimiz bu yarışdan respublikaya qızıl, gümüş və bürünc medallarla qayıtmışlar.

İlham müəllimin öz şagirdlərindən :

* 1994-ci ildə Tehranda keçirilən BRO-da,YUNESKO-nun qızıl medalına, Olimpiadanın gümüş medalına layiq görülmüşdür.

*  Digər bir şagirdi 1997-ci ildə Respublika Riyaziyyat Olimpiadasında qızıl medal, daha bir şagirdi isə olimpiadada gümüş medal qazanmışdır.

*  Bir neçə şagirdi isə BRO-nun Argentinada, Finlandiyada, Hindistanda və digər dövlətlərdə keçirilən yarışlarda müxtəlif diplom və mükafatlar qazanmışlar. Respublika Təhsil nazirliyi İlham müəllimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişdir.

* Təhsil Nazirinin əmri ilə (“Azərbaycan müəllimi” qəzeti, 6 mart 1994-cü il) onun qabaqcıl iş təcrübəsinin digər təhsil müəssisələrində yayılması tövsiyə edilmişdir.

*  Dəfələrlə Təhsil Nazirliyinin Fəxri fərmanları və pul mükafatları ilə

*  “Xalq Təhsil Əlaçısı” fəxri adı və döş nişanı ilə təltif olunmuşdur.

İlham müəllimin elmi-pedaqoji fəaliyyətinin digər bir istiqaməti isə TQDK-ilə yaxından əməkdaşlıq etməsi və yeni Təhsil Konsepsiyasına uyğun olaraq ali məktəblərə qəbul üzrə test çalışmalarının tərtib olunmasında iştirak etməsi ilə bağlıdır.O,demək olar ki,bütün illərdə (1993-2003) TQDK-nın tərtib etdiyi qəbul proqramının hazırlanmasında və təkmilləşməsində,TQDK-nın təşkil etdiyi riyaziyyat seminarında aktiv iştirak etmiş və çıxışları ilə seçilmişdir.İlham müəllim bu seminarın Elmi Şurasının və Ekspert Şurasının üzvü olmuşdur.

*  TQDK-nın nəşr etdiyi “Abituriyent” jurnalında dəfələrlə məqalələrlə çıxış etmişdir.O,həmçinin bu jurnalın xüsusi buraxılışı olan “Ekspert şərhləri” kitabında izahı çətinlik törədən mövzulara aid iki məqalənin;

 *  VII siniflər üçün riyaziyyatdan test kitabının müəllifidir.

İlham müəllimin pedoqoji fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də Təhsil Konsepsiyasına uyğun olaraq yeni milli dərsliklərin yazılmasında yaxından iştirak etməsidir.

*  2003-cü ildən ümumtəhsil məktəblərində tədris olunan IX sinif “Cəbr”.

*  X və XI siniflər üçün “Cəbr və analizin başlanğıcı” dərsliklərinin müəlliflərindən biri olmuşdur.

*  2004 və 2007-ci illərdə isə bu dərsliklərin təkmilləşdirilməsi və rus dilində olan variantları üzərində işləmişdir.

*  Bu illərdə IX, X, XI siniflər üçün ümumtəhsil məktəblərində yoxlama yazı işləri və tədris materiallarının planlaşdırılması kimi vəsaitlərin;

*  VIII, IX, X, XI siniflər üçün “Cəbr” və “Cəbr və analizin başlanğıcı” dərsliklərindəki məsələ və misalların həlli kimi vəsaitlərin müəllifi olmuşdur.