FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Müstəqilliyimizi qorumalıyıq"

19.10.2017

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8Ç sinif şagirdləri 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Müstəqilliyimizi qorumalıyıq" adlı tədbir keçirmişlər.

 Tədbirdə liseyin tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh  və liseyin müəllimləri iştirak etmişlər.

Şagirdlər tədbirdə  işğal altında olan torpaqlarımız haqqında məlumat vermiş, slayd nümayiş etdirmiş, mahnılar, şeirlər səsləndirmiş və  Azərbaycanın müstəqilliyinin necə əldə olunması haqqında məlumat vermişlər.