FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Hər peşə,hər sənət gözəldir" adlı təqdimat

27.10.2017

Liseyimizdə 26.10.2017-ci il tarixində  “Hər peşə,hər sənət gözəldir” adlı təqdimat keçirildi.

Təqdimatda  IX c sinif şagirdləri, sinif rəhbəri və liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini   Bəyalıyev Valeh, fənn müəllimlərindən Kərimova Südabə , Məsimova Mailə iştirak etdilər.Şagirdlər gələcək həyatlarında hansı peşələrə yiyiələnəcəkləri və nə üçün o peşəni seçdiklərini dəyirmi masa arxasında müzakirə etdilər.Şagirdlərin təqdimatı “Hansı peşəni seçməyimizə baxmayaraq, o peşəyə yiyələnmək üçün müəllimlərə borcluyuq”  şüarıyla bitdi.

Hər hansı bir peşə  müəyyən qabiliyyət tələb edir, peşələrin hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə  seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur.