FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

30.10.2017

    27.10.2017-ci il tarixində Bakı şəhəri 20 Nli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif edilən müəllimlərə mükafatların təqdim edilməsi mərasimi keçirilmişdir. Həmin mərasimdə bizim liseyin informatika müəllimi Quluzadə Səadət  Orxan qızına da "Əməkdar müəllim" fəxri adı mükafatı təqdim edildi. Mükafatları Təhsil Naziri cənab Mikayıl Cabbarov şəxsən təqdim etdi.

Liseyin kollektivi adından Səadət müəllimi və fəxri ad alan bütün müəllimləri təbrik edir və onlara daha böyük uğurlar arzu edirik.