XƏBƏRLƏR

IXB və IXE-sinflərinin İçəri şəhər ekskursiyası
05.04.2016
Şagirdlərə Şirvanşahlar sarayı haqqında ümumi məlumat verildi və onlar daha sonra saray ilə tanış oldular. Şirvanşahlar Sarayı Kompleksi şagirdlərin xüsusi marağına səbəb oldu.Uğurla davam edən ekskursiyalarda ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət yetirilir.
Şagirdlərimiz tərəfindən böyük maraqla qarşılanan ekskursiyalar zamanı şagirdlər xüsusi fəallıq göstərir, daha çevik və yaradıcı təfəkkür nümayiş etdirirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması şərait yaradır.