XƏBƏRLƏR

"Uşaq Hüquqları Konvensiyası"
03.11.2017
Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr 2017-ci il tarixlərində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir.Bununla əlaqədar olaraq 03.11.2017-ci il tarixində liseyimizdə “Uşaq Hüquqları Konvensiyası” adlı maarifləndirici təlim keçirildi.Təlimdə Milli Hüquq Evinin direktoru, hüquqşünas Nicat Gözəlov və onun komandası iştirak etdi.Təlimin məqsədi şagirdlərlə hüquqla bağlı söhbət aparmaq, onları maraqlandıran sualları cavablandırmaqdır