
Liseyimizin şagirdləri Kimsəsizlər evini ziyarət etdilər
27.10.2017
Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir.
Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndərimiz Heydər Əliyev vaxtilə bu sahəyə xüsusi diqqət ayırmış, uşaq yeniyetmələrin sağlam, bilikli və hərtərəfli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, fərman və sərəncamlar imzalamışdır.
Liseyimizin şagirdləridə körpələrə qayğı göstərmək məqsədilə Kimsəsizlər evini ziyarət etdi.Ata-ana nəvazişindən təcrid olan körpələrlə maraqlı bir gün keçirdilər.Onlarla əyləncəli oyunlar oyanyib,rəsmlər çəkdilər.Liseyimiz tərəfindən körpələrə yardım edildi.