FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Xaricdə Təhsil adlı seminar

15.11.2017

14 noyabr 2017 ci il tarixində CELT Colleges şirkətinin əməkdaşları Həsən Əliyev, Fərid Kərimov və Həmidə Səfərova məktəbimizin şağirdləri ilə xaricdə təhsil seminarı vermişlər. 

 
Şagirdlərə Türkiyə, Avropa və Amerika Universitetlərinin qəbul şərtləri, tələb olunan beynəlxalq imtahanlar, illik təhsil haqqı və qəbul tarixləri haqqında onlara ətraflı məlumat verilmişdir. Həmçinin seminar zamanı tələbələrin ixtisas, universitet, ölkə seçimi ilə bağlı suallarını ətraflı cavabladılar.
 
Qeyd etmək istərdik ki, məktəbimizin ötən il məzunları olan Fuad Səlimzadə və Alış Mehralızadə CELT Colleges də SAT və Toefl imtahanlarına hazırlaşmaqla kursun xaricdə təhsil üzrə konsultantları tərəfindən təşkil olunmuş proqram əsasında Türkiyənin Sabancı və ÖDTÜ kimi prestijli universitetlərindən tam təqaüdlə qəbul olub və hal-hazırda təhsillərini Türkiyədə davam etdirməkdədirlər.