
"Qənaət et, əmanət topla"
01.11.2017
Hər birimiz cəmiyyətin bir üzviyik. Bolluq içərisində firavan bir dövrdə yaşayırıq. Lakin nəzərə almalıyıq ki, insanın artan tələbatını ödəmək üçün bu resurslardan səmərəli və qənaətlə istifadə etməliyik . Ulu öndər H.Əliyevin sözləri ilə desək “Qənaətcil olmaq rahatlıqa qovuşdurar”
31 oktyabr 2017-ci il tarixində liseydə keçirilmiş “Qənaət et, əmanət topla” adlı tədbir bu mövzuya həsr olunmuşdur. Tədbirin təşkilatçıları liseyin biologiya müəllimi S.Kərimova və VIIÇ sinif şagirdləri idi. Tədbirdə “Ailə büdcəsi” “Beynəlxalq Əmanət günü” və “Qənaət nədir, mövzusunda VIIÇ sinif şagirdlərinin hazırladıqları videolara baxıldı. Bu mövzu ilə bağlı liseyin şagirdləri ilə aparılan video sorğular da maraqla qarşılandı. Liseyin VIIÇ sinif şagirdi H.Həsənov “Hər kağızı bir yarpaqa dəyişək” adlı təqdimatında İDEA İctimai Birliyinin kağıza qənaətlə bağlı keçirdiyi pilot layihə haqqında məlumat verdi. O, qeyd etdi ki, sevindirici haldır ki, bizim liseyimizdə də kağıza qənaətlə bağlı müəyyən işlər görülmüşdür. Ətraf mühitin mühafizəsi naminə işlətmədiyimiz dəftərlərin səhifələrini toplamaq məqsədilə liseyimizin mərtəbələrinə xüsusi qutuların qoyulmasına göstəriş vermiş və beləliklə bu layihəyə köməklik göstərmiş Uşaq Birliyinin rəhbəri N.Hüseynzadəyə tədbir iştirakçıları adından təşəkkür edildi. Tədbirdə biologiya müəllimi S.Kərimovanın “Uşaqlara qənaət mədəniyyətini necə aşılaya bilərik?” çıxışıda dinlənildi, bu mövzu ilə bağlı VIIÇ sinif şagirdi C.Osmanovanın hazırladığı təqdimat müzakirə olundu. Müzakirələrdə tədbirin aparıcıları E.Həsənli və G.Əfəndiyeva öz işlərinin öhdəsindən məharətlə gəldilər.
Həmin sinif şagirdləri N.Nəsibov və N.Bayramovanın qənaətlə bağlı esse yazıları və hazırlanmış foto stendlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.