FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçirildi

21.11.2017

20 noyabr 2017-ci il tarixində "JW Marriott" Abşeron otelinin Şərq zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçirildi., Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşaq iştirak etmişdir. Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirilərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.

Liseyimizin XI sinif şagirdi Əliyev Məhəmməd də forumda Yasamal rayonunu “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”  mövzusunda  təmsil etmişdir . " Belə forumlarin təşkili uşaqların öz istəklərini azad şəkildə ifadə etməsi üçün böyük rol oynayır. Biz orada öz problemlərimizdən və təkliflərimizdən danışdıq. Bu forumda iştirak etdiyim üçün çox xoşbəxtəm. Forumun təşkilatçılarına öz təşəkkürlərimi bildirirəm.” –deyə qiymətləndirib.