XƏBƏRLƏR

"Eko klub" üzvləri Botanika bağında ekskursiyada
06.12.2017
06.12.2017-ci il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri olan "Eko klub" üzvləri Botanika bağında ekskursiyada oldular.
Ekskursiya zamanı həm müəllimlər, həm də bağın əməkdaşları tərəfindən şagirdlərə bağın salınması tarixi, burada yetişdirilən bitkilər haqqında ətraflı məlumat verilmişdir. Ekskursiya şagirdlərin böyük marağına səbəb oldu.