XƏBƏRLƏR

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya
30.11.2017
29.11.2017-ci il tarixində Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şagirdlər üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil etmişdir.
Davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir.
Şagirdlərə öncə Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi haqqında daha sonra isə Qız Qalası haqqında ümumi məlumat verildi və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış oldular.