FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fənn müsabiqəsinin final mərhələsi keçirildi.

09.12.2017

   Fizika-riyaziyyat və informatika təmayüllü lisey Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində “Fizika, riyaziyyat və informatika fənni üzrə istedadlı şagirdlərin üzə çıxarılması və onlarla mütamadi işin təşkili” adlı layihə ilə iştirak etmiş və qalib olmuşdur. Lisey layihə çərçivəsində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə fənn müsabiqəsi elan etmiş, birinci mərhələdə 6  minə yaxın şagird iştirak etmiş və onlardan, təxminən, 5 yüz nəfəri final mərhələsində iştirak hüququ qazanmışdır.

09.12.2017-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə sözügedən fənn müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqədə fizika, riyaziyyat və informatika fənləri üzrə cəmi 479 nəfər şagird iştirak etdi. Şagirdlərə Təhsil Nazirliyi tərəfindən göndərilmiş cavab kartları və sual kitabçaları təqdim olundu. İmtahanın gedişinə 2 saat yarım vaxt ayrıldı.