
"İnsanların sadiq dostu" adlı tədbir
30.11.2017
Hələ qədim zamanlardan evdə heyvan saxlamaq insanların ən sevimli məşğuliyyəti olmuşdur. Heyvan saxlamağın müxtəlif səbəbləri olsa da , sonda onlar insanların ən yaxın dostu, köməkçisi olmuşdur.
Uşaqların da bu sevgidən pay almaları üçün onlara heyvan sevgisi aşılamaq həm müəllimlərin həm də valideyinlərin ən mühüm vəzifələrindəndir. Liseyimizin biologiya müəllimi S.Kərimovanın VIIç sinif şairdləri ilə 30 noyabr “Ümumdünya ev heyvanları günü”münasibəti ilə keçirdiyi “İnsanların sadiq dostları” adlı tədbir bu sevgiyə həsr olunmuşdur.
Tədbir “Ögey Ana” filmindən fraqmentlə başladı. Sözləri T.Mütəllibova, musiqisi Q.Hüseynliyə məxsus “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil olmuş “Cücələrim” mahnısı səsləndi. Aparıcı VIIç sinif şagirdi E.Həsənlinin dünya şöhrətli Ç.Çaplinin Fransada olan Azərbaycan nümayəndə heyyətinə söylədiyi “Siz bu melodiyanın Vətənindənsiniz. Məndən o bəxtəvər bəstəkara salam yetirin!” deməsi şagirdlər tərəfindən alqışlarla qarşılandı. Tədbirin digər aparıcıları N.Nəsibov, G.Əfəndiyeva, C.Osmanlı və T.Mirzəyeva işlərinin öhdəsindən məharətlə gəldilər.
Həmin sinfin şagirdi A.Cəfərzadənin valideyinləri həkim A.Cəfərzadə və həkim-parazitoloq S.Cəfərzadənin heyvanlara qulluqla bağlı məsləhətləri böyük maraqa səbəb oldu.
H.Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda ilk dəfə yaradılmış “Heyvanlara qayğı mərkəzinin” fəaliyyəti, heyvanlar üçün otel və gözəllik salonlarının açılması, heyvan saxlamağın dövlət tərəfindən necə tənzimlənməsini əks etdirən videolara da baxıldı.
“Şagirdlərə heyvan sevgisini necə aşılaya bilərik?” mövzusunda biologiya müəllimi S.Kərimovanın apartdığı diskussiya tədbiri daha da canlandırdı.
VIIç sinif şagirdləri H.Həsənov, R.Həsənov, A.Toğrul dünyada sədaqət sinvolu olan ən sədaqətli it Hatiko haqqında danışdılar, videolar göstərildi. Uşaqlarda heyvan sevgisi ilə bağlı yaranan müsbət keyfiyyətlər haqqında Ə.Qələndərli, Y.Novruzlu, P.Hacızadə, A.Cəfərzadə, N.Xanəliyev, N.Ağayev, M.Həsənzadənin söylədikləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.