FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeni sinflər arasında "Kulinariya yarışı"

08.12.2017

Azərbaycan mətbəxi - dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxini, mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətlərini, fiziologiyanı, gigiyenanı,kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.

Liseyimizdə kulinariya yarışı keçirildi.Yarışda VIIa , VIIb , VIIc, VIIç , VIIIc, VIIIç və VIIId sinifləri iştirak etdilər. Hər komanda üç nəfər valideyin və üç nəfər şagirddən ibarət idi. Hər sinif üç salat hazırladılar.4 naminasiya üzrə münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirildi. I yerin qalibi VIIa sinfi oldu. Qalib gələn hər komanda üzvlərinə hədiyyə təqdim olundu.