FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sən elə bir zirvəsən...

12.12.2017

Bütün tarix boyu tarixi yazan, yaradan şəxsiyyətlər olub. Heydər Əlirza oğlu Əliyev kimi.O, tarixin Azərbaycan xalqına ən böyük töhfəsidir.

Azərbaycan deyəndə düşündüyümüz, xalqın hər zəfərinin onun adıyla bağladığımız, çətin zamanlarda gücümüz , qüvvətimiz, dünənimiz, bu günümüz, sabahımız, ən böyük sərvətimiz... Nə qədər danışsaq, nə qədər yazsaq da, bitib-tükənməyən sevgi dastanımız...

 Bu sevginin təcəssümü olaraq 12 dekabr 2017-ci il tarixində ulu öndərin anım günü ilə əlaqədar liseyin biologiya müəllimi S.Kərimovanın təşkilatçılığı  ilə VIIç sinif şagirdləri “Sən elə bir zirvəsən” adlı tədbir keçirdilər.

Tədbir H.Əliyevin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla başladı. Tədbirin aparıcıları G.Əfəndiyeva , E.Həsənli, N.Nəsibov və L.Əliyev ulu öndərə sevgi və ehtiramlarını kədərli çıxışları ilə bildirdilər, Z.Yaqubun “Mən Azərbaycanlıyam” şeiri həmin sinif şagirdləri R.Həsənov, C.Osmanova və Südabə müəllimənin ifasında səsləndi. N.Nəsibov, N.Bayramov, Ü.Valehli esse yazıları dinlənildi, nəhəng neft strategiyası olan “Əsrin müqaviləsi” haqqında film  nümayiş etdirildi.

Tədbirdə tərbiyə işləri üzrə direktor müavini V.Bəyalıyev, Uşaq Birliyinin rəhbəri N.Hüseynzadə ulu H.Əliyevin gənclərə və təhsilə xüsusi qayğısı haqqında danışdılar. Sonda bütün tədbir iştirakçıları “Sən elə bir zirvəsən” mahnısını ifa etdilər.