FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Klonlaşdırma ilə bağlı maarifləndirici tədbir

15.12.2017

Məlum olduğu kimi dünyada bir-birinə oxşayan iki insan tapmaq mümkün deyil,klonlaşdırma isə bu fikirləri alt-üst etdi.Bu tibb sahəsində yeni bir kəşf olmasa da,(hələ  XVIII əsrdə bu haqda ideyalar var idi) günümüzün ən aktual problemlərindən biridir.
  Bəzən klonlaşdırma ilə təkamülü eyni kimi anlayırlar,lakin bunlar arasında çox böyük fərqlər var.Təqdimat baxımından tamamilə fərqlidirlər.Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur,halbuki bu iddianın həyata keçəcəyinə aid heç bir fakt yoxdur.Klonlaşdırma isə canlı hüceyrənin genetik maddəsindən istifadə ediləcək həmin canlının surətidir.
  Klonlaşdırma prosesi təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya qoyduğu "Həyat həyatdan qaynaqlanır" prinsipidir.
  Liseyimizin biologiya müəllimi S.Kərimovanın IX D sinif şagirdləri ilə 14.12.2017-ci il tarixdə keçirdiyi tədbir "Klonlaşdırma bu gün-Həyat həyatdan qaynaqlanır " adlanırdı.Tədbirdə tərbiyə işləri üzrə direktor müavini V,Bəyalıyev, Uşaq Birliyinin rəhbəri N.Hüseynzadə və  X, XI sinif şagirdləri iştirak edirdilər.IX D sinif şagirdləri A.Namazov, F.Ömərova, R.Musayeva,F.Aslanov,İ.Məmmədov, Ş.Əliyeva, G.Ələkbərova,Z.Bayramlı,F.Babayeva,K.Nomalıyev,C.Nağızadə,M.Əliyev maraqlı təqdimatlarla çıxış etdilər,klonlaşdırma ilə bağlı filmlər nümayiş etdirildi.Həmin sinif şagirdi F.Anzurovun bu mövzu ilə bağlı çəkdiyi rəsmlərdən sərği təşkil edildi..Tədbirin sonunda yuxarı sinif şagirdləri arasında  depat təşkil edildi. X A sinif şagirdi Ə.Mikayıllının klonlaşdırma haqqında məlumatları da maraqla qarşılandı.