FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Allah rəhmət eləsin!

23.12.2017

Bu gün Fizika, riyaziyyat və informatika təmayüllü liseyin kollektivinə ağır itki üz vermişdir. Liseyin riyaziyyat müəllimi İlham Hüseynov dünyasını dəyişmişdir. İlham Hüseynov Beynəlxalq və Respublika səviyyəli olimpiadalara şagird hazırlığı sahəsində məhsuldar fəaliyyət göstərmiş, hazırladığı şagirdlər olimpiadaların qalibi olmuşdur. Fizika - riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olan İlham Hüseynov Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Liseyin kollektivi bu itkidən kədərlənir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.