FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

MÜƏLLİMİM

25.12.2017

İlham müəllimin xatirəsinə XIB sinfi adından.
Müəllif: Zərgərli Şəmsi

MÜƏLLİMİM

Müəllimim gəlmişəm məzarın üstdə,
Nə olar uyuma, qalx ayaq üstə!
Söylə ki, sevirəm yenə sizləri
Gülüşünü bir dəfə görmək istərəm.

Hər gün xoş üzlü gələrdin dərsə
Mənəvi dəstəyi göstərdin bizə
Heç zaman əsəbi görmədim sizi
Hər gecə mən sizi görmək istərəm

Bəziləri düşünür köçübsüzki siz!?
Yaxşılar ölməyir yaşayır qəlbdə.
Siz ayrı dünyasız, gözəl müəllimim,
Sizi dəyişmərik bir özgəsinə.

“Müəllim” kəlməsi qızıl kəlmədi,
O kəlmə deyilməz hər bir insana
Nə qədər danışsam sizdən müəllimim,
Bir də gəlməyəcək sizdən dünyaya.

Səndən danışanda gözlərim dolur,
Hər kəs söyləyir ki, sizə nə olub?
Deyirlər, hər işdə bir xeyir olur
Söylə gedişinin nə xeyri olub!?

Siz bizə öyrətdiniz haqqı sevməyi.
Haqqı qəlbinizdə görən olmuşuq
Başqalarının gözündə kiçik olarkən,
Sizin gözünüzdə böyük olmuşuq.

Kollektiv, sinfimiz sizi cox sevir,
Gözlərin, gülüşün bizi məst edir
Hər zaman deyəcəyik biz bu kəlməni,
Allahın rəhməti sizinlə olsun!