XƏBƏRLƏR

2017-2018-ci tədris ilində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin oğlanlardan ibarət basketbol komandası Yasamal rayonu birinciliyində yaxşı nəticə göstərərək 3-cü yerə layiq görülmüşdür.
25.12.2017

Komandamız 14.12.2017-ci il tarixində 1-ci mərhələdən qələbə ilə keçdi. Elə həmin gün komandamız 308 nömrəli məktəb üzərində 16-14 hesabı ilə qalib gəldi.
Yarımfinalda komandamız Zərifə Əliyeva adına liseylə gərgin oyunda məğlub oldu.
3-cü 4-cü yer uğrunda komandamız 60№li məktəbə 22-16 hesabı ilə qalib gələrək 3-cü yerə layiq görülübdür.