XƏBƏRLƏR

Beynəlxalq Təşəkkür Günü
15.01.2018
11 yanvar Dünyada Beynəlxalq Təşəkkür Günü kimi qeyd olunur. Bu gün ilə əlaqədar olaraq 7b sinif şagirdləri “Heç kəsdən təşəkkürümüzü əsirgəməyək” adlı tədbir keçirtmişdir. Tədbirdə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev V. uşaq birliyinin rəhbəri Hüseynzadə N. , valideynlər və digər müəllimlər iştirak etmişdir.Şagirdlər tədbirdə Anaya,vətəni qoruduqları üçün əsgərlərə, sağlamlığımızı etibar etdiyimiz həkimlərə, özlərini təhlükəsiz hiss etdirdiklərinə görə polislərə, onlara elm, bilik,savad verdiklərinə görə müəllimlərə və şagirdlərin oxumaqları üçün gözəl şərait yaratdığına görə prezidentimizə təşəkkürlərini bildirdilər.Tədbir hamı tərəfindən maraqla qarşılanmışdır.