FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ekologiyanın əsas anlayışları"

15.02.2018

Orta məktəblərdə “Ekologiyanın əsas anlayışları” adlı proqramının əsas məqsədi şagirdlərdə ekologiya elmi haqqında əsas anlayışları formalaşdırmaq, insan və ətraf mühit arasında qarşılıqlı əlaqələr və ekoloji problemlər haqqında məlumat vermək, ekologiya elminə marağı artırmaq, müasir dövrün ən mühüm vəzifələrindən biri olan ekoloji mədəniyyətə malik insanları formalaşdırmaqdı.

Qeyd etməliyik ki, eko-klub məşğələləri dərsdənkənar vaxtlarda keçirilir. Bu səbəbdən də məşğələ uşaqlar üçün istirahət və bilik mənbəyinə çevrilmişdir.

Məşğələ vaxtı şagirdlərə “Heyvanların və bitkilərin adaptasiyası”, “İqlim dəyişmələri”, “Alternativ enerji”, “ Tullantılar”, “Meşələr”, “ Biomüxtəliflik” , “Azərbaycanın qoruqları”, “Bioetika qaydalarına əməl etmək” və s adlı mövzular keçirilir.

Bundan başqa məşğələ vaxtı informasiya mübadiləsi, çalışmalar, testlər olunur ki, bu da şagirdlərdə ekoloji düşüncə qabiliyyətini inkişaf etdirməkaldəqları bilikləri analiz və sintez etmək, yaddaş və nitqi inkişaf etdirmək, müstəqil və qrup halında işləmək bacarığına formalaşdırmaqa kömək edir.