FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Xocalım" adlı tədbir

26.02.2018

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahnlı qüvvələri  SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı  alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi.Hücumundan əvvəl, fevralın 25-i axşam şəhər toplardan şıddətli atəşə tutuldu.Nəticədə, fervalın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü.

Bütövlüklə Azərbaycan xalqına qarşı yönəldilmiş bu Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik altıdır.Bu soyqırım eyni zamanda bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

26.02.2018-ci il tarixində bu faciə ilə əlaqədar liseyimizdə “Xocalım” adlı tədbir keçirildi.Tədbirdə liseyin şagirdləri,valideynləri və müəllim heyəti iştirak etdi.Tədbir şəhidlərin ruhuna 1 dəqiqəlik sükutla və dövlət himniylə başladı.Daha sonra şagirdlərimiz Ermənilərin törətdikləri vəhşilikləri haqqında səhnələr göstərdi, şeirlər söylədi