XƏBƏRLƏR

Belarusiya Respublikasından gəlmiş ali təhsil ocaqlarının rektor və professor müəllimlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş
07.03.2018
07.03.2018-ci il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə Belarusiya Respublikasından gəlmiş ali təhsil ocaqlarının rektor və professor müəllimlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirildi.
Görüşdə əsas məqsəd liseyin şagirdlərinin gələcəkdə Belarusiyanın ali məktəblərində təhsil almaq imkanlarının nəzərdən keçirilməsi və liseydəki təlim prosesi ilə tanışlıq idi.