FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

8 Mart Beynəlxalq Qadınlar Günü

07.03.2018

 

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

07.03.2018-ci il tarixində FRİTL - də Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə liseyin kollektivi adından xanımlara güllər təqdim olundu.Daha sonra oyun keçirildi.Oyunda fənn müəllimələrindən Hacıyeva Sülhiyyə müəllimə, sinif rəhbərlərindən Məmmədova Mahirə müəllimə qalib gəldi. Qalib xanımlarımıza gözəllik salonuna kupon təqdim olundu.Sonda xanımlara həsr olunmuş video çarx izlənildi.

Lisey rəhbərliyi xanım müəllimləri təbrik edir, onlara can sağlığı, xoşbəxt həyat arzulayır.