XƏBƏRLƏR

Beynəlxalq Olimpiadalara hazırlıq dərsləri
01.04.2018
26.03.2018-ci il tarixindən başlayaraq, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Beynəlxalq Olimpiadalara hazırlıq dərslərini aparmaq üçün Meksikadan- Moreliya şəhərində yerləşən Meksika Milli Avtonom Universitetinin Riyaziyyat elmləri mərkəzinin professoru Qarayev Mübariz Zəfər oğlu Azərbaycana dəvət olunmuşdur. Onun rəhbərliyi ilə olimpiada dərsləri 04.04.2018-ci il tarixinədək davam edəcəkdir. Bu dərslərdə Fizika, riyaziyyat və informatika təmayüllü liseydən 17 nəfər şagird iştirak edir. Həmin şagirdlər Balkan Riyaziyyat Olimpiadasında iştirak etmək hüququ əldə etmək üçün yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən keçiriləcək seçim imtahanlarına qatılacaqlar.