FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Psixoloqun şagirdlərlə keçirdiyi səmərəli vaxtı

01.05.2018

01.02.2018-ci il tarixindən 30.04.2018-ci il tarixinə qədər liseyimizdə “Psixoloqun şagirdlərlə keçirdiyi səmərəli vaxtı” adı altında layihəyə start verildi.Psixoloq Cavadova Elnarə xanım liseyimizə dəvət olundu.Layihədə Psixoloq şagirdlərlə söhbət aparır,müxtəlif oyunlar keçirirdi.

Layihənin məqsədi liseydə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, sosial cəhətdən fəal yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir.