XƏBƏRLƏR

Sabah qrupları fakültəsinin FRİTL-də aktiv pedaqoji təcrübəsi
08.05.2018
Fevralın 16-dan başlayaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sabah qrupları fakültəsinin Riyaziyyat-informatika ixtisası üzrə V kurs tələbələri FRİTL-də aktiv pedaqoji təcrübə keçirlər. Təcrübədə 12 nəfər tələbə iştirak edir. İki həftəlik müşahidələrdən sonra tələbələr ixtisasları üzrə müstəqil şəkildə dərs keçməyə başlayıblar. Təcrübəçilər üçün liseydə hər cür şərait yaradılmışdır. İnanırıq ki, tələbələr gələcəkdə müəllim kimi çalışarkən FRİTL-də öyrəndiklərindən fayadalanacaqlar.
Onlara işlərində uğurlar arzulayırıq!