XƏBƏRLƏR

"Bitkiləri qoruyaq" adı altında dibçəkdə gül əkimi aksiyası keçirildi
11.05.2018
Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Liseyimizdə hər il olduğu kimi bu ildə “Bitkiləri qoruyaq” adı altında dibçəkdə gül əkimi aksiyası keçirildi.Aksiyada hər sinif dibçəkdə gül əkərək il boyu ona qulluq edir.