FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "XƏMSƏ" milli intellektual oyununun final mərhələsi keçirildi.

15.05.2018

14 may 2018-ci il tarixində lisəyimizdə şagirdlər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "XƏMSƏ" milli intellektual oyununun final mərhələsi keçirildi. Oyunda ələmə turuna vəsiqə qazanmiş 16 komanda iştirak etdi. Oyun 2 hissədən ibarət oldu. 4 komandalıq qruplar altında yarışan komandalardan qrup birinciləri finala vəsiqə qazandı. Gərgin keçən mübarizədən sonra 9b sinfinin "Danger Zone" komandası 1-ci, 8b sinfinin "Nikola" komandası 2-ci, 8ç sinfinin "IQ" komandası isə 3-cü oldu. Qaliblər müxtəlif hədiyyələr və kubokla mükafatlandırıldılar.