FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

700-bal toplayan şagirdimiz Rəna Əliyeva

22.05.2018

Əliyeva Rəna Məmmədağa qızı 25.05.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. VII sinifdən FRİTL-də təhsil alır. Təhsil illərində son dərəcə məsuliyyətli, çalışqan bir şagird kimi tanınmışdır. VII sinifdən hədəfini dəqiq müəyyən edən Əliyeva Rəna Məmmədağa qızı bu yolda əzmkarlıq nümayiş etdirərək arzusunu reallaşdırdı. Rəna 20 may 2018-ci il tarixində DİM-nin IV qruplar üzrə keçirdiyi qəbul imtahanında maksimal nəticə göstərərək 700 bal toplamışdır. Əliyeva Rəna Respublika və beynəlxalq statuslu olimpiadalarda da liseyi məsuliyyətlə təmsil etmişdir. Təkcə texniki və təbiət fənlərini deyil, bütün fənləri əla qiymətlərlə oxuyan şagirdimiz boş vaxtlarında mütaliə etməyi çox xoşlayır. Bütün lisey kollektivi ona qazandığı bu yolda uğurlar arzulayır.

          Əziz Rəna, sən bizim Liseyin fəxrisən. Səninlə qürur duyuruq!