FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Cavid Əli Rəsul oğlu

23.05.2018

Cavid Əli Rəsul oğlu 27.06.2004-cü ildə Bakı şəhərində anadan olub. Cavid körpəlikdən hər bir sahə ilə maraqlanan uşaq olub. O, 4 yaşında valideynlərindən"Şahmat"oyunu haqqında maraqlanıb, öyrətməylərini  istəyib. ”Puzzle” yığmaq da onun sevimli məşğuliyyəti olub. Məktəbə qədər Rus və Azərbaycan dilində oxumağı və yazmağı valideynlərinin köməkliyi ilə öyrənib.   Cavidi daha çox riyaziyyat elmi cəlb edib. O, çox tez bir zamanda sayıb-hesablamağı  öyrənib. Yaşının az olmağına baxmayaraq vurma cədvəlinidə əzbər bilirdi.

Valideynləri musiqi müəllimigildə qonaq olan zaman Cavid orada ki,  fortepiano alətini görüb və musiqiyə olan marağı buradan yaranıb. O, 10 yaşında musiqiyə olan marağını ailəsinə bildirib.  Cavid ilk təhsilsilini Qazax rayonu II Şıxlı kəndində alıb. Hazırda imtahan üsulu ilə qəbul olduğu Fizika,Riyaziyyat və İnformatika təmayüllü liseydə oxuyur. Atası  hərbiçi olduğundan o, bir neçə məktəb dəyişməli olub. Cavid dərslərini əla qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər fizika və biologiyadır.Cavid  ilk dəfə səhnəyə musiqi məktəbində öz konsertində çıxış edib. Daha sonra Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmaüllü liseydə olan sinif rəhbəri Cəfərov Çingiz müəllim, hər bir əlamətdar günə aid tədbir hazırlayarkən o, bu tədbirlərdə yaradıcı olub, texniki təzcihatı təşkil edib.Onun ən uğurlu günləri  FRİTL-a qəbul olduğu və Golden Byte-Beynəlxalq İT Çempionatın turlarını keçməsi olub. Cavid bir çox sertifaktlar və diplomlara layiq görülüb.

Belə ki :

1)Birinci sinfi yüksək davranışa və əla qiymətlərə görə

2)Altıncı sinifdə Coğrafiya fənnindən göstərdiyi yüksək təlim göstəricilərinə və yarışmalarda iştirakına görə

3) Rus dili və Ədəbiyyatın Respublika üzrə keçirilən fənn olimpiyadasında fəal iştirakına görə

4)Bilik yarışında 7-ci siniflər arasında yüksək nəticə göstərdiyinə görə

5)7-ci sinifdə şagird özünü idarəetmə təşkilatının sədri vəzifəsini nümunəvi şəkildə yerinə yetirdiyinə görə

6)Yeddinci sinifdə İngilis dilindən il ərzində verilən sertifikatlar və fəxri fərmalara layiq görülüb. Cavid qazandığı nailiyyət və uğurlarına görə özünü ona  dəstək olan valideyinlərinə və müəllimlərinə borclu bilir. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir. Cavid İT sahədə çalışmağı üzrə çalışmağı  planlaşdırıb.

Bu fikrə StepİT Kompyuter Akademiyasına daxil olduqdan sonra düşüb.

Asudə vaxtlarında  musiqi, üzgüçülük, proqramlaşdırma, saytların və oyunların yaradılması və kitab oxumağa sərf edir.Bu günə kimi  Cavid müxtəlif janrlara məxsus olan 50-dən çox kitablar oxuyub. O, daha çox elmi fantastik janra üstünlük verir.O, StepİT Akademiyasında oxuyaraq Golden Byte Beynəlxalq İT Çempionatın üzvü olub. Burada 8 kateqoriyadan o, Qısametrajlı filmi seçib.Çəkdiyi həmin bu filmlə o, regional onlayn seçim və yarımfinal turunu uğurla keçib,yaxında onu final gözləyir. Bu filmin mövzusu “Create The New World”dür.

Burada o, indiki yeniyetmələrin çətin bir sualın qarşısında necə bir seçim etməyindən və aləmin 3 əsasının ona verdiyi dərsdən bəhs olunur.

Cavidin gələcək planları biliklərə və yeni uğurlara nail olmaqdır. Asudə vaxtlarında  ailəsi və yaxınları ilə  vaxt keçirməyə üstünlük verir.

Cavidin fikrinə görə tarixə iki yolla düşmək olar, yaxşı və ya pis. O, cəmiyyətdə xeyirli əməlləri ilə tanınmaq istəyir.